Qusar rayonunda şəhid Elvin Qurbanovun xatirəsi anılıb

19 Oktyabr 2021 13:31 (UTC+04:00)

Vətən müharibəsi şəhidi Qurbanov Elvin Elmar oğlu Füzuli uğrunda gedən döyüşlərdə fədakarlıq göstərərək, şəhid olub. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Elvin Qurbanov "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif olunub.

19 oktyabr tarixində şəhid Elvin Qurbanovun ildönümü mərasimi keçirilib. Anım mərasiminə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının rəhbərliyi, rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailəsinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Mərasim iştirakçıları əvvəlcə şəhidin Qusar şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət etməklə, ruhuna dualar oxuyub, xatirəsini yad ediblər. Sonra şəhidin ailəsi ziyarət olunub, deputat Azər Badamov ailənin qayğıları ilə maraqlanıb. Səmimi söhbət əsnasında şəhidin ailə üzvləri onlara göstərilən dövlət qayğısına görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib.

Nəzakət ƏLƏDDİNQIZI