“Saakaşviliyə azadlıq!”

19 Oktyabr 2021 11:55 (UTC+04:00)

Avropanın fərqli ölkələrindən olan siyasətçi xadimlər Saakaşvilinin azad olunmasına çağırış ediblər.

SİA rus mətbuatına istinadən xəbər verir ki, məktub Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin prezidentlərinə ünvanlanıb.

Bəyanata imza atan 72 siyasətçi arasında Avropa Parlamentinin deputatları, litvalı millət vəkilləri, Latviya və Ukrayna eks-prezidentləri, İsveçin keçmiş baş naziri və gürcü siyasətçilər var.

Siyasətçilər bəyanatda Gürcüstandakı böhranın bitməsi üçün Saakaşvilinin azad olunmasının gərəkli olduğunu bildiriblər.