Milyonlarla dollar gəlir qazandılar - FOTO

19 Oktyabr 2021 10:45 (UTC+04:00)

Azərbaycan kapital bazarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR İstiqrazlarının 5 illik tədavül müddəti 17 oktyabr tarixində yekunlaşıb. SİA-nın məlumatına görə, SOCAR İstiqrazlarının 20-ci və sonuncu kupon ödənişi nəticəsində 1 milyon 250 min dollarlıq faiz gəliri, eyni zamanda 100 milyon dollarlıq əsas məbləğ istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla da, investorların yekun qazancı 25 milyon dollara çatmış olub.

2016-cı ildə buraxılmış SOCAR İstiqrazları tədavül müddəti boyunca bir çox uğura imza atdı:

Xatırlatmaq istərdik ki, hazırda yeni SOCAR İstiqrazlarının abunə yazılışı davam edir (29 oktyabradək.) 1 və 5 saylı “ASAN” xidmət mərkəzlərindən, eləcə də ölkəmizdə fəaliyyət göstərən investisiya şirkətlərindən əldə edilməsi mümkündür. İlkin istiqraz sahibləri də hazırda davam edən abunə yazılışında iştirak edə bilərlər. İstiqrazların yerləşdirilməsi 1 noyabr tarixində baş tutacaq və faizləri rüblük qrafiklər əsasında ödəniləcək. Yeni istiqrazların da tədavül müddəti 5 ildir.

*19 99 çağrı nömrəsi daim investorların xidmətindədir.