10 ölkənin səfiri Türkiyə XİN-ə çağırılıb

19 Oktyabr 2021 10:15 (UTC+04:00)

ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. SİA Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici Nazirliyində olan mənbələrdən bildirilib.

Məlumata əsasən, diplomatlar Osman Kavalanın mühakiməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə dəvət edilib. O.Kavala 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə çevriliş cəhdində iştirak etməkdə ittiham olunur.

Diplomatlar O.Kavalanın azadlığa buraxılmasını tələb edərək, onun məhkəməsinin guya "Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını" deyiblər.