Ukrayna Avropanın ən kasıb ölkəsidir?

19 Oktyabr 2021 08:34 (UTC+04:00)

“...Ukrayna iqtisadiyyatı praktiki olaraq məhv edilib və ölkədə heç kim Pensiya Fondunu doldurmaqla məşğul olmayacaq, buna görə də gələcəkdə ukraynalı təqaüdçülərin həyatı daha da çətinləşəcək ”. Qeyd edək ki, bu fikirləri politoloq Andriy Yermolayev “Naş” telekanalının efirindən səsləndirib.

Onun sözlərinə görə, təqaüdçülər ən pis vəziyyətə hazırlaşmalıdırlar, çünki demoqrafik böhran səbəbindən pensiyaların kəskin azalması ilə üzləşəcəklər. Yermolayevin fikrincə, 2030 -cu ilə qədər Ukraynada pensiya ödənişlərinin həcmi yarıya qədər azaldəla bilər.

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov isə guya orta Ukrayna pensiyasının orta Rus pensiyasından təxminən üç dəfə aşağı olduğunu və bu günkü Ukraynanın hər cəhətdən Avropanın ən kasıb ölkəsi olduğunu bildirib.

Ağasəf