KXDR Yapon dənizinə naməlum mərmi atıb

19 Oktyabr 2021 06:35 (UTC+04:00)

KXDR çərşənbə axşamı Yapon dənizinə mərmi atıb. SİA bu barədə xarici mətbuata istinad edir.

Naməlum mərmi buraxılıb. Onun haqqında başqa heç bir məlumat verilmir.

Yaponiyanın Sahil Mühafizəsi öz növbəsində, KXDR-in Yapon dənizinə ballistik raket buraxdığını bildirib və raketin ərazidəki balıqçı gəmilərinə düşmə riski barədə xəbərdarlıq edib.

Yaponiyanın baş nazirinin dəftərxanası yanında KXDR-in ehtimal edilən ballistik raket buraxması ilə əlaqədar böhran qərargahı yaradılıb. Bu barədə NHK telekanalı məlumat verib.