İraqda terror aktının təşkilatçısı tutulub

19 Oktyabr 2021 05:11 (UTC+04:00)

İraqda 2016-cı ildə Bağdadın ticarət mərkəzində törədilən, 300 insanın həlak olduğu partlayışın təşkilatçısı Qazvan az-Zavai həbs edilib,

Baş nazirin sözlərinə görə, Qazvan az-Zavai ölkənin xaricində keçirilən kəşfiyyat əməliyyatının gedişatında tutulub. Kəşfiyyatın iki əməkdaşı agentliyə bildirib ki, əməliyyat qonşu ölkələrdən birinin vasitəsilə İraqın təhlükəsizlik qüvvələri tərəfindən keçirilib. Qazvan az-Zavai iki gün əvvəl İraqa gətirilib.