Əfqanları aclıq gözləyir...

19 Oktyabr 2021 04:34 (UTC+04:00)

Bu gün Əfqanıstanda humanitar vəziyyət, xarici yardımların sona çatması və bir çox əfqanın iş tapa bilməməsi səbəbindən sürətlə pisləşir.

Amerikanın ingilis dilli “The Wall Street Journal” nəşri BMT -nin Dünya Ərzaq Proqramına istinadən yazır ki, 40 milyon Əfqanıstan əhalisinin demək olar ki, hamısı yaxın aylarda yoxsulluq həddinin altına düşə bilər.