ABŞ-dan KXDR-yə növbəti danışıq çağırışı

19 Oktyabr 2021 03:12 (UTC+04:00)

ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə nail olmaq üçün Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə qarşılıqlı diplomatik fəaliyyətə hazırdır.

Bu barədə ABŞ prezidentinin nüvə silahının yayılmaması üzrə xüsusi nümayəndəsi Cefri Eberhardt bildirib.

“ABŞ əvvəlki kimi hədəfimizin nailiyyəti – Koreya yarımadasının tam nüvəsizləşdirilməsi üçün Koreya Xalq Demokratik Respublikası ilə qarşılıqlı diplomatik fəaliyyətə hazırdır”, – BMT Baş Assambleyasının Birinci komitəsinin iclasında çıxış edən Eberhardt deyib.

Onun sözlərinə görə, ABŞ-ın təklifi heç bir şərt olmadan əvvəlki masadadır.

“Bizim siyasətimiz ABŞ-ın, müttəfiqlərimizin və qoşunlarımızın təhlükəsizliyini gücləndirəcək ciddi irəliləyişə nail olmaq üçün KXDR ilə diplomatik səylərə açıq olan, ölçülü və praktiki bir yanaşmanı təqdim edir”, – Eberhardt deyib.