İtkin düşən doqquz yaşlı qızın meyiti tapılıb

19 Oktyabr 2021 01:40 (UTC+04:00)

Rusiyanın Voloqda vilayətində axtarışda olan doqquz yaşlı qızın meyiti tapılıb.

SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Qeyd edək ki, 2012-ci il təvəllüdlü qız oktyabrın 16-da səhər saat 10 radələrində evdən çıxıb geri qayıtmayıb.

İstintaq Komitəsinin regional şöbəsi hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq cinayət işi açıb.