Suriya konstitusiya islahatına hazırlaşır...

18 Oktyabr 2021 22:27 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen, bu gün başlayacaq Suriya Konstitusiya Komitəsi danışıqlarının 6-cı turunda tərəflərin yeni Suriya konstitusiyasının islahatı üçün hazırlıq prosesinə ilk olaraq razılıq verdiklərini bildirib. SİA bu barədə türk mətbuatına istinad edir.

Əsəd rejimi, qeyri-hökumət təşkilatları və Suriya müxalifətinin nümayəndələrindən hərəsindən 15 nəfər olan konstitusiyanın "Kiçik Qrup" üzvləri 8,5 aylıq fasilədən sonra yenidən İsveçrənin Cenevrə şəhərində bir araya gəlir.

Xüsusi nümayəndə Pedersen BMT Cenevrə Ofisində keçirdiyi mətbuat konfransında dünən səhər Əsəd rejimi, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini bildirib.

Pedersen Suriya Konstitusiya Komitəsinin 25-29 yanvar 2021-ci il tarixlərində keçirilən 5-ci tur danışıqlarının nəticəsiz olduğuna diqqət çəkib.

"İki həmsədrin yalnız konstitusiya islahatının hazırlanması ilə deyil, həm də konstitusiyanın hazırlanmasına başlaması ilə bağlı razılığa gəldiklərini söyləməkdən məmnunam. Həqiqətən də, bu həftə üçün yeni olan budur ki, Suriyada konstitusiya islahatı üçün konstitusiyanın hazırlanması prosesi artıq başlayıb" Pedersen qeyd edib.