Səlçuk Bayraktarın atası Özdəmir Bayraktar vəfat edib

18 Oktyabr 2021 17:54 (UTC+04:00)

Qarabağda dastan yazan "Bayraktar TB2" PUA-larının istehsalçısı "Baykar" şirkətinin idarə heyətinin rəhbəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qudası, Səlçuk və Haluk Bayraktar qardaşlarının atası Özdəmir Bayraktar vəfat edib. SİA xəbər verir ki, bu haqda Haluk Bayraktar sosial media hesabında yazıb.

"Özdəmir Bayraktar, atamız, ilham qaynağımız bu gün dünyasını dəyişdi. Dəyərlərindən geri çəkilmədən bir ömür yaşadı. Haqsızlıq qarşısında geri çəkilmədi, bacardığı qədər kömək etdi. Allah rəhmət eləsin!"

Qeyd edək ki, hərbi sənaye mühəndisi olan Özdəmir Bayraktar həyatının böyük bir qismini Türkiyənin hərbi sənayedə yerli və milli istehsalçı olması üçün çalışıb. Məhz onun "Baykar" şirkəti Türkiyənin ilk PUA-larını istehsal edib.