Miqrasiya ilə bağlı vəziyyət 2015-ci il böhranından fərqlidir - MERKEL BƏYAN ETDİ

18 Oktyabr 2021 17:42 (UTC+04:00)

Avropada miqrasiya ilə bağlı mövcud vəziyyət 2015-ci ilin miqrasiya böhranından fərqlidir. SİA xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel, Belçikanın baş naziri Xavier Bettel ilə keçirdiyi mətbuat konfransında söyləyib.

"Miqrasiya ilə əlaqədar bir problemlə üz-üzəyik. Vəziyyət 2015-ci ildəkindən fərqlidir, lakin miqrasiya problemi əvvəlki kimi həll olunmamış qalır. Qarşımızda duran vəzifə budur", deyə Angela Merkel bildirib.

Öz növbəsində, Litvanın xarici işlər naziri Qabrielus Landsberqis, AB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının başlamazdan əvvəl, mövcud vəziyyətin 2015 -ci il ssenarisinə uyğun olaraq inkişaf edə biləcəyini söyləyib. Onun sözlərinə görə, bütövlükdə qaçqınlarla bağlı mövcud vəziyyət fərqli inkişaf etsə də, "onun siyasi nəticələri və Avropa İttifaqına siyasi təzyiqi olduqca oxşardır".