Rusiya ordusu ilə NATO arasında heç bir təmas yoxdur - LAVROV BƏYAN ETDİ

18 Oktyabr 2021 17:27 (UTC+04:00)

Rusiya ilə NATO arasında heç bir hərbi təmas olmayıb. SİA xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.

"Ordu xəttində isə ümumiyyətlə heç bir təmas yoxdur", deyə Lavrov jurnalistlərə bildirib.

Xatırladaq ki, NATO əvvəllər alyansdakı Rusiya missiyasının 8 əməkdaşının akkreditasiyasını ləğv etdiyini və Rusiya Federasiyası üçün akkreditasiyaların sayını 10-a endirdiyini təsdiqləyib. Eyni zamanda, baş katib Yens Stoltenberqin sözlərinə görə, NATO Rusiya ilə mənalı dialoqa açıq olaraq qalır və Rusiya-NATO Şurası çərçivəsində görüşə çağırışını davam etdirəcək.