Strateji yüksəklik Azərbaycana qaytarıldı

18 Oktyabr 2021 17:24 (UTC+04:00)

Azərbaycanın Zəngilan rayonu ilə Ermənistanın Qafan şəhərinin sərhəddində yerləşən Ağdağ (erm.Pelasar) zirvəsi Azərbaycana qaytarılıb. SİA xəbər verir ki, Qafan rayonu icmasının rəhbəri Qevorq Parsyan bu barədə məlumat verib.

“Bizim Pelasar (Ağdağ) dediyimiz dağ bütünlüklə Azərbaycanın nəzarətinə keçib. 2 gün əvvəl dağın bir tərəfi bizim, digər tərəfi azərbaycanlıların nəzarətində idi. Dünən artıq zirvə bütünlüklə azərbaycanlılardadır”,-deyə Parsyan söyləyib.

O, dağın sərhədlərinin elektron xəritələrlə müəyyənləşdirildiyini əlavə edib. Azərbaycan ərazisinə düşən Ağdağ zirvəsinin Qafanla yanaşı, Əkərək şəhərinə, ətraf kəndlərə də vizual nəzarət imkanı verdiyi əlavə olunub.

Ağdağ zirvəsi Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşir.