"Qarabağ" - "Kayrat" oyunu üçün biletlərin yarısı satılıb

18 Oktyabr 2021 16:31 (UTC+04:00)

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə Bakıda keçirəcəyi oyunu böyük maraqla qarşılanıb. Ağdam təmsilçisinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, qarşılaşma üçün indiyədək 7 mindən çox bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15 min bilet satışa çıxarılıb.

Qeyd edək ki, oktyabrın 21-də oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.