YAP Sabunçu rayon təşkilatı və "VMƏK”İB-nin birgə təşkilatçılığı ilə tibbi keçirilib

18 Oktyabr 2021 14:05 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasın Sabunçu rayon təşkilatının və "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin birgə təşkilatçılığı, Ömür klinikasının tibbi dəstəyi ilə 44 günlük Vətən müharibəsinin 1-ci ildönümü münasibəti ilə Şəhid anaları və xanımlarına tibbi dəstək göstərmək məqsədi ilə aksiya keçirildi. Aksiya çərçivəsində 40-dan çox Şəhid anaları və xanımları üçün tibbi müayinələr, həkim qəbulu, laborator analizlər və digər tibbi xidmətlər pulsuz təşkil olundu.

YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev çıxış edərək bildirdi ki, şəhid ailələrinə dövlət tərəfindən hər cür dəstək göstərilir. Bu dəstək həm də hər birimizin vətəndaşlıq borcudur.
Yeni Azərbaycan Partiyası və Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin sosial tərəfdaşlarla birlikdə bu sayaq şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına qayğı yönümündə ictimai, siyasi, sosial, tibbi, mənəvi dəstək yönümlü layihə və ictimai təşəbbüslər gələcəkdə də uğurla davam etdiriləcək.

Rəfiqə