20 nömrəli məktəb-lisey koronavirusa görə bağlandı

18 Oktyabr 2021 13:26 (UTC+04:00)

Bakıda 20 nömrəli məktəb-lisey bağlanıb.

SİA xəbər verir ki, buna səbəb ümumtəhsil müəssisəsinin kollektivi və şagirdlər arasında COVID-19-a yoluxma faktlarının qeydə alınmasıdır.

Tədrisin iki həftəlik distant formada davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.

Artıq bununla bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərə məlumat verilib.