Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb

18 Oktyabr 2021 13:10 (UTC+04:00)

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb.

SİA-nın məlumatına görə, Yunanıstandakı tarixi Olimpiya bölgəsində təşkil olunmuş mərasim pandemiya səbəbindən azarkeşsiz keçirilib.

Məşəli daşıyan ilk idmançı yunan xizəkçi Yannis İoannis Antoniu olub. Yunanıstandakı estafet bir gün davam edəcək. Məşəl oktyabrın 19-da tarixi "Panatinaikos" stadionunda Çin nümayəndələrinə təhvil veriləcək, daha sonra xüsusi çarter reysi ilə Çinə aparılacaq. Estafet olimpiadanın açılışının gerçəkləşəcəyi fevralın 4-də başa çatacaq.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il 4 - 20 fevralda keçiriləcək.