Ceyhun Bayramov qətərli həmkarını qəbul edib

18 Oktyabr 2021 10:25 (UTC+04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfərə gəlmiş Qətər Dövlətinin baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tanini qəbul edib.

SİA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində paylaşım edilib.

Qeyd edək ki, Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycanda rəsmi səfərdədir.