ABŞ-da özünü qoruyan polis vurub 3 nəfəri öldürüb

18 Oktyabr 2021 09:17 (UTC+04:00)

ABŞ-ın Arkanzas ştatında bıçaqla silahlanmış təcavüzkardan müdafiə olunan polisin açdığı atəş nəticəsində azı 3 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Hadisə bazar günü ştatın ikinci böyük şəhəri olan Fort Smitdə baş verib.

Polisdən verilən məlumata görə, zabit xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Hadisənin təfərrüatları açıqlanmayıb.