İtaliyada daş dövrünə aid rəsmlər tapılıb

18 Oktyabr 2021 03:29 (UTC+04:00)

İtaliyadakı Romanelli mağarasında, daş dövründən bəri sağ qalan bənzərsiz qayaüstü rəsmlər aşkar edilib. Qeyd edək ki, bu barədə “Daily Mail” yazıb.

İtaliyalı mütəxəssislərin fikrincə, Homo sapiens nümayəndələri təxminən 14-11 min il əvvəl bu mağaralarda yaşayıblar. Xatırladaq ki, buradakı qayaüstü rəsmlər ilk dəfə 1905 -ci ildə aşkar edilmişdi.

Ancaq növbəti kəşflər yalnız 21 -ci əsrdə mağaranın ətraflı araşdırılması zamanı başladı.

Bildirək ki, yeni tapıntılar arasında “ay südü” üzərində barmaqlarla çəkilmiş həndəsi naxışlar var. Bu əhəngdaşı mağaralarında toplanan ağ rəngli bir materialdır. Bundan başqa, arxeoloqlar mağarada bir quş şəkli də aşkar ediblər.

Ağasəf