Lissabonda Qaqarinə abidə qoyublar

18 Oktyabr 2021 01:14 (UTC+04:00)

Portuqaliyada ilk kosmonavt Yuri Qaqarinin abidəsinin açılış mərasimi olub.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Portuqaliyadakı səfirliyi məlumat yayıb.

Açılış mərasimi Lissabonun Oeyiraş şəhərində “Taguspark” texnoparkında baş tutub.

Bildirib ki, abidənin açılışı ilk insanın kosmosa uçuşunun 60-cı ildönümünə təsadüf edib.