Almaniyada helikopter qəzaya uğrayıb

18 Oktyabr 2021 00:09 (UTC+04:00)

Almaniyanın Baden-Vürtemberq federal torpağında helikopter qəzaya uğrayıb.

SİA-nın məlumatına görə, bu barədə yerli polis idarəsinə istinadən "Bild" qəzeti xəbər verib.

İlkin məlumata əsasən, helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Hadisənin səbəbi barədə məlumat verilmir.