İraqın şimalında 3 terrorçu zərərsizləşdirib

18 Oktyabr 2021 00:06 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Kandil rayonunda 3 PKK terrorçusunu zərərsizləşdiriblər.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Terrorçuların gizlənəcək yeri yoxdur. Heç bir yer onlar üçün təhlükəsiz deyil. İraqın şimalındakı Kandil rayonunda aşkarlanan 3ç PKK terrorçusu hava əməliyyatı zamanı zərərsizləşdirilib".