Kürdəmirdə 22 yaşlı gənc intihar edib

17 Oktyabr 2021 23:35 (UTC+04:00)

Kürdəmirdə 22 yaşlı oğlan məktəbin həyətində intihar edib.

Rayonun Şahbəyli kənd sakini, 1999-cu il təvəllüdlü Səfərov Əli Habil oğlu özünü kənd məktəbinin həyətində asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.