Mehriban Əliyeva Füzulidən paylaşım edib

17 Oktyabr 2021 22:04 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Füzuli rayonunda səfərdə olublar.

Birinci xanım rəsmi instaqram səhifəsində Füzuli səfəri ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:

“Qürur hissi!!! Füzuli rayonuna səfər zamanı Vətən Müharibəsi Qəhrəmanları – polkovnik Hüseynov Telman Əsgər oğlu və mayor Səfərov Elvin Sərraf oğlu ilə görüş. Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!”.