“İnandığınız şeylərdən bir gün belə imtina etməyin”

17 Oktyabr 2021 20:21 (UTC+04:00)

Məşhur sima Rita Ora İngiltərədə 21 -ci əsrin ən çox dinlənilən 20 qadın müğənnisi siyahısındadır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ora pərəstişkarlarına “Özünüzə qarşı səbirli olun. İnandığınız şeylərdən bir gün belə imtina etməyin” deyib.

Qeyd edək ki, onun 30 yaşı var.

Ayşən Vəli