Leysan yağışları nəticəsində ölənlərin sayı artıb

17 Oktyabr 2021 09:16 (UTC+04:00)

Hindistanın Kerala ştatında güclü musson yağışlarının səbəb olduğu torpaq sürüşməsi, su basma və çökmə nəticəsində ölənlərin sayı 18-ə yüksəlib.

SİA-nın məlumatına görə, bu barədə Hindustan "Times" qəzeti xəbər verib.

Məlumata əsasən, onlarla insan itkin düşmüş hesab olunur.

Daha əvvəl NDTV kanalı 5 nəfərin ölməsi barədə məlumat verib.