Somalidə restoranda partlayış olub...

17 Oktyabr 2021 06:26 (UTC+04:00)

Somalinin mərkəzində partlayış baş verib.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Beledveyne şəhərindəki restoranların birində olub. Hadisə nəticəsində azı iki nəfərin öldüyü bildirilir. Qeyd edilir ki, partlayış zamanı daha bir neçə nəfər xəsarət alıb.

Partlayışın baş verdiyi restoran şəhər polis idarəsinin yanında yerləşir.