İraqda 4 PKK terrorçusu zərərsizləşdirilib

17 Oktyabr 2021 05:58 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalındakı “Pençe-Şimşek” və “Pençe-Kaplan” əməliyyatı zonalarında PKK-nın bir neçə terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində 4 terrorçu məhv edilib.