Varşava “Putindən qorunmaq üçün” hasar çəkir

17 Oktyabr 2021 05:10 (UTC+04:00)

Polşanın Baş naziri Mateuş Moraviçki Belarusla sərhəddə hasar çəkilməsinin şəxsən Rusiya Prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenkodan qorunması üçün lazım olduğunu bildirib.

Qeyd edək ki, bu barədə “Polskie Radioz” məlumat yayıb. “Bu, Polşanı uzun müddət miqrasiya şantajından qorumaq üçün lazımdır”.

Deyim ki, bunu da polşalı nazir deyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Vilnüs və Varşava Avropa Birliyini regionda miqrasiya böhranı ilə əlaqədar Minskə qarşı daha sərt təsir tədbirlər tətbiq etməyə çağırmışdı. Hətta Litva və Polşa hökumət başçıları İnqrida Szimonyte və Mateuş Moraviçki bu məsələ ilə bağlı birgə bəyanatla da çıxış etmişdilər.

Xatırladaq ki, bu ilin iyununda Vilnüs Yaxın Şərqdən Belarusa gəlib sonradan Litva da daxil olmaqla qonşu ölkələrin ərazisinə keçən qanunsuz mühacir axını səbəbiylə fövqəladə vəziyyət elan etmişdi.

Ağasəf