Avtomobil qəzasında səkkiz nəfər həyatını itirib

17 Oktyabr 2021 03:49 (UTC+04:00)

Qırğızıstanın Talas rayonunun Kara-Oy kəndində baş verən avtomobil qəzasında səkkiz nəfər həyatını itirib.

SIA Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Suusamır-Talas-Taraz avtomobil yolunun 61-ci kilometrində baş verən qəza “Honda-Stepvaqon” minik maşınının “DAF” ağır yük maşını ilə toqquşması nəticəsində baş verib.

Məlumatda bildirilir ki, ölənlərin yeddisi kişi, biri qadındır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.