Nazir “Böyük dəbilqə” turnirinin qalibini təbrik edib

17 Oktyabr 2021 03:20 (UTC+04:00)

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan cüdoçusu Balabəy Ağayevi Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanması münasibətilə təbrik edib.

SİA xəbər verir ki, nazir bu barədə feysbuk profilindəki paylaşımında bildirib.

Fərid Qayıbov 60 kq çəki dərəcəsində turnirin qalibi adını qazanan idmançıya gələcək məşqlərində və uğurlu karyerasında yeni nailiyyətlər arzulayıb.

Nazir Balabəy Ağayevdən eyni nəticəni 2024-cü ildə Paris olimpiadasında da gözlədiklərini vurğulayıb.