ABŞ Sakit okeanda raket buraxacaq

17 Oktyabr 2021 00:55 (UTC+04:00)

ABŞ oktyabrın 20-dən oktyabrın 29 -dək Sakit okeanda naməlum raket sistemi buraxmağı planlaşdırır.

SİA-nın məlumatına görə, bu barədə pilotlar və dənizçilər üçün naviqasiya xəbərdarlığında bildirilib.

Məlumata əsasən, raket buraxılışı Alyaskanın cənub sahili yaxınlığında Kadyak adası poliqonundan keçiriləcək.

Koordinatlara görə uçuş məsafəsi təxminən 2 min km olacaq.