Quantanamonun yeganə məhbusu azad ediləcək

16 Oktyabr 2021 23:48 (UTC+04:00)

ABŞ Quantanamo həbsxanasında qalan yeganə əfqanıstanlı məhbus, 2007-ci ildən bəri orada cəza çəkən Əsədullah Harunqulanı azad edəcək.

SİA xəbər verir ki, bu barədə Əfqanıstanın “The Khaama Press” agentliyi məlumat yayıb.

40 yaşlı Harunqulanın azad edilmə qərarı, ekstremist qruplara rəhbərlik etməməsi ilə izah olunur və bundan başqa keçmişdə etdiyi işdən peşman olduğunu bildirməsidir.

Qeyd edək ki, Harun Əl-Əfqani kimi də tanınan məhbus 2007-ci ildə ekstremist qruplarla əlaqədə olmaq ittihamı ilə həbs edilib.

Xatırladaq ki həbsxanada olduğu illər ərzində o, 900 günahsızlıq məktubu yazsa da 2020-ci ildə azadlığa buraxılmadı. Harunqulanın 2020-ci ildə ağır depressiyadan əziyyət çəkdiyi də bildirilib.