Şuşadan ilk zəng həyata keçirilib

16 Oktyabr 2021 22:38 (UTC+04:00)

Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri və Bakı arasında sabit telefon rabitəsinin istifadəyə verilməsi ilə bağlı ilk zəng testi uğurla həyata keçirildi.

Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən bildirib.

İşğaldan azad edilmiş digər şəhər, rayon və kəndlərdə yurd-yuvasına qayıdacaq vətəndaşlarımızı yüksək keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin etmək istiqamətində işlər sürətlə davam etdiriləcək.