“Adana Dəmirspor” uduzdu, “Sivasspor” xal itirdi

16 Oktyabr 2021 22:14 (UTC+04:00)

Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir. SİA xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Sivasspor” – “Antalyaspor” matçında qalib müəyyənləşməyib.

“Girəsunspor” “Rizəspor” üzərində inamlı qələbəyə sevinib. “Adana Dəmirspor” isə evdə “Yeni Malatyaspor”a uduzub.

Türkiyə Super Liqası

9-cu tur

15 oktyabr

Başakşəhər – Beşiktaş 3:2

Qol: Okaka, 40; 83. Gulbrandsen, 85 – A.Teyşeyra, 59. Batşuayi, 90+1-pen.

16 oktyabr

Girəsunspor – Rizəspor 2:0

Qol: S.Ay, 62-öz qapısına. Çampness, 90+4.

Sivasspor – Antalyaspor 2:2

Qol: C.Osmanpaşa, 10. Kayode, 45+4 – Fredi, 24. D.Sinik, 42.

Adana Dəmirspor – Yeni Malatyaspor 0:2

Qol: Tette, 36. S.Dəli, 55-öz qapısına.