Bu səhvlər onurğa sağlamlığınızı pozur - DİQQƏT!

16 Oktyabr 2021 17:06 (UTC+04:00)

Uzun müddət kompüter qarşısında oturmaq və cib telefonuna davamlı baxmaq kimi bəzi vərdişlərin onurğa sağlamlığına mənfi təsir etdiyini bildirən mütəxəssislər, boyun və bel ağrısı şikayətlərinin çox olduğunu qeyd ediblər. Xüsusilə də masa işçilərində. SİA xarici mətbuata istiadən bildirib ki, gənclərdə tez -tez rast gəlinən duruş və oturma pozğunluqlarının da onurğa problemlərinin əsasını qoyur.

Mütəxəssislərin fikrincə, onurğa əzələlərini və duruşunu gücləndirməyə yönəlmiş məşqlər mütəmadi olaraq edilməli, cib telefonuna və kompüterə baxarkən göz məsafəsinə fikir verməli, boyun və kürək dik vəziyyətdə saxlanılmalıdır. İnsan 33 sümükdən ibarət bir quruluş olduğunu ifadə edən dos. dr. Nihal Özaras, “Onurğanın içərisində sinir sisteminin çox əhəmiyyətli bir hissəsi olan onurğa beyni var. Sinirlər onurğa beynindən qollara, ayaqlara və gövdəyə qədər uzanır. Sidik və nəcis idarəsi kimi funksiyalarda çox əhəmiyyətli bir rol oynadığını da deyə bilərik” dedi.

Onurğanın boyun, bel və koksiks kimi 4 hissədən ibarət olduğunu ifadə edən Özaras, “Xüsusilə boyun və bel bölgəsi gündəlik həyatımızda əyilmək, dayanmaq, dönmək kimi bir çox fəaliyyətdə daim hərəkətdədir. Buna görə də zədələnməyə çox meyllidir. Uzun müddət kompüter qarşısında oturmaq və daim cib telefonuna baxmaq kimi bəzi vərdişlər onurğanın sağlamlığına mənfi təsir göstərir” dedi.

Oturanda və durarkən düzgün duruşu qorumağa çalışın. Onurğa əzələlərini və duruşunu gücləndirmək üçün məşqlər mütəmadi olaraq edilməlidir.
Ayaqda və oturarkən mövqe tez -tez dəyişdirilməli, eyni nöqtələrin bel və boyundan deyil, ayaqlarından dönərək daim gərginləşməsinin qarşısı alınmalıdır.

Cib telefonuna və kompüterə baxarkən bu cihazlar göz səviyyəsinə qaldırılmalı, boyun və arxa dik vəziyyətdə olmalı, çantaları və buna bənzər əşyalar daşıyarkən çəki iki əl arasında bərabər bölünməlidir.

Yerdən yük götürərkən dizlər əyilməli və yük bədənə yaxın tutulmalıdır,
İş masasında istifadə olunan kreslo və masa erqonomikaya uyğun olmalıdır.

Abutel İlhamqızı