Proqramına dəvət etdiyi həkimə aşiq oldu - FOTOLAR

16 Oktyabr 2021 15:51 (UTC+04:00)

Türkiyəli aparıcı Ebru Akel, proqramına dəvət etdiyi həkimə ürəyini verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təxminən bir il əvvəl proqramında tanış olduğu sevgilisi ilə ilk dəfə Gümüşsuyuda obyektivə tuş gəlib.

45 yaşındakı aparıcı və aktrisanın, ginekologiya və mama mütəxəssisi həkim Melih Gündüzlə sevgili oldugu ortaya çıxıb. Ebru Akel və həkim sevgilisi əl -ələ Beyoğlu Gümüşsuyuda bir məkana girərkən görülüb və şəkilləri çəkilib.

Oğlu Erenin atası türkiyəli iş adamı Özer Sancak ilə səkkiz illik evliliyi 2020 -ci ilin iyul ayında tək bir seansla sona çatan və uzun müddət ürəyi boş qalan Ebru Akel, yeni bir sevgiyə doğru yola çıxıb.

Aytac Əliyeva