"Fənərbaxça" matçında irqçilik oldu

16 Oktyabr 2021 13:43 (UTC+04:00)

"Qalatasaray"da oynayan futbolçu Didier Droqba, "Fənərbaxça" matçında irqçiliyə məruz qaldığını etiraf edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Droqba bunları deyib: "Fənərbaxça" matçında irqçiliyə məruz qaldım. Amma əhəmiyyət vermədim. Fransada, İngiltərədə və ya digər ölkələrdə cahil insanlarla yaşadıqlarımı vecimə almadım. Çünki bunun cahillik olduğunu bilirəm".