Selüliti məhv edən möcüzəli qidalar bunlardır - FOTOLAR

16 Oktyabr 2021 13:35 (UTC+04:00)

Əksər insanların ən böyük problemi selülitdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təəssüf ki, qadınların 80-90 faizi selülit problemi ilə üzləşirlər. Yeni inkişaf edən texnologiyalarla selülitlə vidalaşmaq mümkündür, amma pəhrizimizə bir neçə əlavələr ilə bahalı müalicələrə ehtiyac olmadan selülitdən xilas ola bilərik.

Yemişin 91 faizi sudur və eyni zamanda sidik qovucu təsirə malikdir. Yeni bir araşdırma, yemiş suyunun budlarda olan selüliti azaltdığını bildirib. Araşdırmada 31 yaşdan 50 yaşa qədər olan 40 qadına 56 gün müddətində yemiş suyu ekstraktı verilib və selülitlərində nəzərə çarpacaq dərəcədə azalma müşahidə edilib. Yağ və xolesterol ehtiva etmədiyi üçün yemiş da şirin qida istəyini təmin etməyə kömək edir.

Tünd şokolad antioksidan mənbəyidir. Antioksidanlar selülitə səbəb olan yağları parçalayır. Tünd şokolad ürək -damar sistemini də dəstəkləyir və qan axınını aktivləşdirərək selülitin azalmasına kömək edir.

Ən bahalı otlardan olan zəfəran, qan dövranını yaxşılaşdıran və yağ hüceyrələrinin böyüməsinə maneə törədən iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Qan axınını tənzimləyən zəfəran selülitin görünüşünü azaldır. Dərinin altındakı əzələləri dəstəkləyir və portağal qabığı görünüşünü yox edir. Daha hamar bir dərini təmin edir.

Qırmızı acı bibər bədənin yağ yandırma sistemini aktivləşdirir. Dərinin altındakı yağ hüceyrələrində yığılmış və selülitə səbəb olan toksinləri məhv edir. Dərinin daha hamar görünməsini təmin edən sağlam toxumaları bərpa edir. Qırmızı acı bibər, birləşdirici toxumanı bərpa edən B6 vitamini də ehtiva edir.

Sarımsaq qan axını artırır. Piylənmənin müalicəsində istifadə olunan sarımsaq selülitin müalicəsində də xeyirlidir. Sarımsağın müntəzəm istifadəsi selülitə səbəb olan toksinləri bədəndən çıxarmağa kömək edir.

Rüqəyya Orucova