Qrant müsabiqəsinə layihə qəbulu davam edir

16 Oktyabr 2021 13:24 (UTC+04:00)

Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda qrant müsabiqəsinə layihə qəbulu davam edir. SİA xəbər verir ki, müsabiqə ali və orta ixtisas təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən təşəbbüslərin dəstəklənməsi məqsədilə keçirilir.

Nazirlikdən bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər sənədlərini elektron formada musabige@edu.gov.az ünvanına göndərilməlidir. Layihələr oktyabrın 18-i saat 21:00-dək qəbul edilir.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.