Hava Hücumundan müdafiə bölmələrinin döyüş atışları keçirilir - VİDEO

16 Oktyabr 2021 13:15 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan müdafiə bölmələrinin döyüş atışları keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, döyüş atışlarının əsas məqsədi şəxsi heyətin zenit-raket komplekslərini idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Atış çalışmalarında döyüş heyətləri “OSA” zenit-raket komplekslərinin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri yerinə yetirirlər.
Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkarlanaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra edirlər.