Çip bu şirkət üçün problem yaratdı

16 Oktyabr 2021 11:54 (UTC+04:00)

Dünyada smartfon və planşetlər, 5G şəbəkə avadanlıqları və oyun konsolları üçün çiplərə artan tələbatdan sonra, avtomobil istehsalçılarının tədarük çatışmazlığı davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Toyota Motor, yarımkeçirici çiplərin çatışmazlığı və yeni növ koronavirusun (Kovid-19) səbəb olduğu tədarük zəncirindəki pozuntular səbəbi ilə gələn ay qlobal istehsalını 15 faiz azaldacağını açıqlayıb.