Elton Con rekord qırdı

16 Oktyabr 2021 10:36 (UTC+04:00)

Məşhur sima Elton Con, Dua Lipa ilə etdiyi “Cold Heart” adlı albomu ilə yeni bir rekord qırıb. SİA xarici mətbuata istinadən bildirib ki, 74 yaşındakı sənətçi 6 fərqli onillikdə İngiltərənin musiqi siyahısında ilk onluğa girən ilk ad olub.

İngilis müğənni Elton Con bu rekordu Dua Lipa ilə birlikdə çəkdiyi son "Cold Heart" albomunda birinci yeri tutduqdan sonra qazanıb. Elton yeni rekordu ilə Şer, Devid Boui, Elvis Presli, Maykl Cekson və Klif Riçard-ı məğlub edib.

Abutel İlhamqızı