Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - YENİLƏNİR

16 Oktyabr 2021 10:10 (UTC+04:00)

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir. SİA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.

Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər.