Albaniyada 4 rus ölü tapılıb

16 Oktyabr 2021 09:34 (UTC+04:00)

Albaniyada şübhəli hadisə baş verib. Hadisə Albaniyanın paytaxtı Tirana yaxınlığındakı Kavalye şəhərində baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yerli polis rəhbərliyi Kavalye şəhərinin Kerrat kəndində otelin sauna hissəsindəki rusların 31, 37, 58 və 60 yaşlarında iki qadın və iki kişidən ibarət olduğunu qeyd ediblər.

Açıqlamada istintaqın davam etdiyi bildirilib. Rusiya vətəndaşlarının Albaniyada olması barədə məlumat verilməyib. Ruslar boğulmaqda şübhəli bilinirlər.

Abutel İlhamqızı