Kaliforniya yanğını Brad Pittin evini də təhdid edir - FOTOLAR

16 Oktyabr 2021 09:22 (UTC+04:00)

Santa Barbaranın qərbindəki Santa Ynez dağlarında baş verən yanğın 15 000 hektardan çox ərazini əhatə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hollivud ulduzu Bred Pittin evi də nəsli kəsilməkdə olan ərazidədir.

ABŞ-ın Kaliforniya ştatında bazar ertəsi günü başlayan meşə yanğını davam edir. Alovlara cavab verən yanğınsöndürənlərin sayı 1300-ə çatıb. Bölgədə 100-dən çox təsərrüfat və ev təhlükə altındadır. Aktyor Brad Pittin 5,5 milyon dollarlıq çimərlik evinin də təxliyə zonasında yerləşdiyi ifadə edilib.

Brad Pitt, evi 2000-ci ildə Hollivud aktrisası Cennifer Anistonla evlənəndə alıb. Anistondan boşandıqdan sonra, ikinci arvadı Angelina Colinin xoşlamamasına baxmayaraq həmin evi satmayıb.

Aytac Əliyeva