Məsciddə terroru İŞİD-in Xorasandakı qolu törədib

16 Oktyabr 2021 04:23 (UTC+04:00)

“Taliban” rəhbərliyi şiə məscidində törədilən terror aktını qınayır və partlayışı törətməkdə İŞİD-in Xorasandakı qolunu günahlandırır”.

SIA xəbər verir ki, bunu “Taliban” hökumətinin İnformasiya Nazirliyinin sözçüsü Bilal Kərimi bildirib.

Kərimi deyib ki, hadisəsi ilə əlaqədar araşdırmalara başladılıb: “Cinayətkarlar tapılacaq və cəzalandırılacaq”.

Xatırladaq ki, oktyabrın 15-də Əfqanıstanın Qəndəhar şəhərində şiə məscidində törədilmiş terror aktı nəticəsində azı 62 nəfər ölüb, 68 nəfər yaralanıb.